Arif Quliyevin vəziyyəti daha da ağırlaşdı - Oğlundan AÇIQLAMA

Koronavirus infeksiyasına yoluxan Xalq artisti Arif Quliyevin vəziyyəti daha da ağırlaşıb.

Bu barədə  Xalq artistinin oğlu Rövşən Quliyev məlumat verib:

"Süni tənəffüs aparatındadır. Qızdırması qalxıb, vəziyyəti daha da ağırlaşıb. Dua edirik...".

Xatırladaq ki, Xalq artisti Arif Quliyev bir müddət əvvəl koronavirusa yoluxub. Onun vəziyyəti sonradan ağırlaşıb və aktyor "Yeni klinika"ya yerləşdirilib. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31