Rol üçün şillə vurdu, aktyorun çənəsi çıxdı - Hülya Avşar həmkarını xəstəxanalıq edib

Türkiyəli aktrisa Hülya Avşar həmkarını xəstəxanalıq edib.

Olaylar.az bildirir ki, hadisə serial şəkilişi zamanı baş verib. Belə ki, "Masumiyyet" serialında baş rolu canlandıran Avşar ssenariyə əsasən, həmkarı Ərtuğrul Postoğluna şillə vurub. Lakin şillə o qədər güclü olub ki, Postoğlunun çənəsi çıxıb. 54 yaşlı aktyor dərhal xəstəxanaya yerləşdirilib.

Həmkarından dəfələrlə üzr istəyən Hülya onu qohumunun işlədiyi xəstəxanaya yönləndirib. Müalicəsi davam edən aktyorun bir neçə günə çəkilişlərə qayıdacağı bildirilib.

Sfera.az

​​​​​​​

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31