"Baloğlan Əşrəfovun məzarına baxıb utandım" - Tolik
28 Aprel 2021 10:46 MədəniyyətKoronavirusdan dünyasını dəyişən əməkdar artist Baloğlan Əşrəfov dünən Masallı rayonunda torpağa tapşırılıb.
Olaylar.az xəbər verir ki, aparıcI Tarix Əliyev (Tolik) mərhumun məzarı haqda sosial şəbəkə hesabında narahatçılığını dilə gətirərək bunları yazıb:
"Baloğlan müəllimin məzarına baxıb çox utandım. Dəfn mərasimini izlədim bir çələng də görmədim. Dostlarının 200 AZN pulu yox idi ki, bir çələng göndərsin. Ona dostum, qardaşım deyənlərə ayıb olsun. Məzarını çiçəklərə qərq edə bilməzdilər?! Mərhumun çox sevdiyim üçün mənə pis təsir etdi. Fani dünya..."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31