Arif Quliyevin səhhəti ilə bağlı SON DURUM

Xalq artisti Arif Quliyevin səhhəti yenidən pisləşib. 

Olaylar.az bildirir ki, bu barədə aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının səhhətinin yenidən pisləşdiyini qeyd edib: "Səhər səhhətində müəyyən normallaşma var idi, günorta yenidən vəziyyəti ağırlaşıb".

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika" ya yerləşdirilib.

"Yeni Klinika"nın reanibasiya şöbəsinin müdiri Emil Qasımov isə aktyorun səhhətinin hazırda ağır stabil olduğunu, süni tənəffüs dəstəyində olduğunu deyib. //APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31