Müslüm Maqomayevin heykəlinin hazırlanmasına başlanılıb
27 Aprel 2021 12:35 MədəniyyətGörkəmli sənətkar, Xalq artisti Müslüm Maqomayevin heykəlinin hazırlanması prosesinə başlanılıb.
Bu barədə APA-ya, heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarov məlumat verib.
O, heykəlin bürüncdən tökülmə mərhələsində olduğunu deyib: "Heykəlin hazırlanması üzərində işlər artıq gedir, bürüncdən tökülmə mərhələsindədir. Yəqin ki, yaxın günlərdə yekunlaşcaq. Amma nə vaxt quraşdırılacağını deyə bilmərəm. Çünki postamentin hazırlanmasına müəyyən vaxt lazımdır".
Xalq rəssamı heykəlin Dənizkənarı Milli Parkda ucaldılacağını vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31