Arif Quliyevin ölüm xəbəri ilə bağlı TƏBİB-dən AÇIQLAMA
27 Aprel 2021 09:59 MədəniyyətXalq artisti Arif Quliyevin dünyasını dəyişməsi xəbəri yalandır.
Bunu Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzindən (TƏBİB) bildiriblər.
Məlumatda bildirilib ki, koronavirus infeksiyasına yoluxan A.Quliyevin müalicəsi davam etdirilir: "Yayılan məlumatlar həqiqəti əks etdirmir, xalq artisti "Yeni Klinika"da müalicə olunur".
Xatırladaq ki, xalq artisti Arif Quliyevin ölməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31