Məleykə Əsədova pullarını nəyə xərclədiyindən danışdı

Xalq artisti Məleykə Əsədova qazancını qızı Gülərə xərclədiyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, aktrisa bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, bütün qazancıənı qızının təhsilinə xərcləyir:

 

"Əvvəl qazancımı maşına, geyimə verirdim. Amma indi əlimə pul gələn kimi qızımın təhsilinə qoyuram. Çalışıram başqa dillər öyrənsin.

Gülər nə efirə çıxmağı, nə də alış-verişə getməyi sevir. Xaricdə olanda deyirəm mənimlə mağazaya gedək, gəlmir. Deyirəm, yaxşı özüm ingiliscə danışacam. Deyir, ayıbdı, danışma". axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31