Mətanət Əsədova: “O qədər tənhayam ki, hər gecə ölürəm”
24 Aprel 2021 13:24 MədəniyyətMüğənni Mətanət Əsədova şəxsi həyatından danışıb.
Olaylar.az-ın məlumatına görə, ifaçı "Gün ortası" verilişində bu sözləri deyib:
"Bir evin xanımı olmalıyam, elə-belə həyat keçirmək istəmirəm. Mənim həyatım çox çətindir. Həyatımı heç kimə arzulamıram. O qədər tənhayam ki, hər gecə ölürəm. Həyatdır, bununla barışmalıyam. Bu, mənim qismətimdir. Məktəb illərindən sonra xoşbəxtlik yaşamamışam. Məzar daşıma yazdırardım ki, dincəlməyə getdi".
Müğənni ailə qurmaq istəyindən də söz açıb: "Ağ atlı oğlan gözləmirəm. Ailə qurmaq mənim üçün problem deyil. Sadəcə mən istəyən kimi bir insan yoxdur. Ailə quracağım insan yaşıma, xasiyyətimə, xarakterimə uyğun olmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31