Məleykə Əsədova ən böyük arzusunu açıqladı - FOTO

"Çox şükürlər olsun ki, Allah məni bu yaşıma da çatdırdı. Mən doğum günlərimi adətən televiziya verilişlərində keçirirəm, bu gün də ən-ənəyə sadiq qalaraq efirdə olacağam. Canlı yayımda tamaşaçılarım üçün yeni mahnılarımı ifa edəcəyəm. Bu il dəbdəbəli şəkildə doğum günümü qeyd etməyəcəm, çünki şəhidlərimiz var. Şəhidlərimiz olsa da torpaqlarımız mənfur düşmən tapdağından azad edildi. Ali Baş Komandanımız və rəşadətli ordumuz böyük tarixə imza atdılar. Onlar bizi 30 illik həsrətdən qurtardılar"

Olaylar.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Məleykə Əsədova deyib. Aktrisa ən böyük arzusunu da dilə gətirib.

"Gecə saat 12-ni keçən kimi məni adəti üzrə ilk təbrik edən yenə də qızım Gülər oldu. Allahın mənə ən böyük hədiyyəsi qızımın ağıllı və sağlam olmasıdır. Çox şükür ki, artıq bu günləri də yaşayıram. Ən böyük arzum odur ki, bütün dünyamız canını bu koronovirus xəstəliyindən qurtarsın. Şəxsi arzum isə qızımın universitetə qəbul olub oranı bitirməsi, xoşbəxt olması və nəvəmi görməyimdir. Allah qismət etsin, sağlıqla bu dünyada yaşayaq" deyə Xalq artisti bildirib.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31