“Öyle bir geçer zaman ki”: 79-cu bölümdə nələr olacaq? VIDEO

Türkiyənin "Kanal D" televiziyasında yayımlanan "Öyle bir geçer zaman ki" serialının 79-cu bölümü iyunun 19-da nümayiş olunacaq. Lent.az kanalın saytına istinadən xəbər verir ki, film bu seriya ilə mövsüm tətilinə çıxır. Hakanın xəstəxanada vurduğu atasının vəziyyəti ağırdır. Səhhəti düzəlməyə başlayan Hakan həbs olunur. Vəziyyətin çıxılmaz olduğunu görə Kənan ölkə xaricinə qaçmağa hazırlaşır. Əkrəm Tatlıoğlunun yaralandığını və vəziyyətinin ağır olduğunu öyrənən Karolin yeni planlar qurur. Ali Kaptan ailənin bütün üzvlərini evində axşam yeməyinə dəvət edir, ancaq kürəkənlər bu gecəyə dəvət olunmur. Aylinin doğuş zamanı yaxınlaşır...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31