Hadisə Ebrunun əri ilə görüşdüyü barədə xəbərlərə qadağa qoymaq istədi - Məhkəmə tələbini rədd etdi

Məhkəmə məşhur türkiyəli müğənni Hadisənin tələbini rədd edib.

Olaylar.az bildirir ki, azərbaycanlı iş adamı Rza Zərrabla sevgi yaşadığı iddia olunan ifaçı yayılan xəbərlərin qaldırılması üçün məhkəməyə müraciət edib. 

Hadisə haqqında çıxan xəbərlərin yalan olduğunu və buna görə də bu istiqamətdə məlumat paylaşmağın qadağan edilməsini tələb edib. Lakin məhkəmə müğənniyə rədd cavabı verib. Belə ki, hakim medianın azad olduğunu vurğulayaraq  məlumatların hüquq və normalar çərçivəsində olduğunu bildirib.

Qeyd edək ki, ötən gün Ebru Gündeş azərbaycanlı iş adamı Zərrabın onu başqa qadınlarla aldatdığını demişdi. İddiaya görə, həmin qadınlar arasında tanınmış müğənni Hadisə də var. İfaçı isə qarşılığında "Bu günə qədər qarşılaşdığım bütün təhqirlərə, tənqidlərə və böhtanlara səbrlə yanaşmağa çalışdım. Amma bu qədər olmaz! Heç kim mənim şərəfimi ləkələyə bilməz. Mənə bunu yaşadanları məhkəməyə verəcəm" - deyərək yayılan məlumatları təkzib etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31