"Göyərti qiymətinə toya getmirik" deyən əkiz bacılara AYGÜNDƏN CAVAB - VİDEO
21 Aprel 2021 13:10 MədəniyyətBir neçə gün öncə Sevil-Sevinc bacıları Rusiyaya gedən müğənniləri tənqid edərək "göyərti qiymətinə toya gedirlər" sözlərini işlətdilər.
Olaylar.az xəbər verir ki, bacıların bu sözünə həmkarları sərt reaksiya göstərib. Müğənni Aygün Mahmudova qonaq olduğu verilişdə bi mövzuya toxunaraq əsəbləşib:
"Deyirlər ki, ucuz qiymətə toya getmərik. Bir oturun fikirləşin. hansı məbləğə ucuz deyirlər?Axı məbləğin adın çəkən yoxdur. Biri deyir min dollar. Düşünün getdin on, on beş toya min dollardan oxudun. Onu manata çevirəndə normal pul edir. Mənə verin o pulu mən gedirəm. On min dolları manata çevirəndə lap da gözəl puldur. Bəziləri deyir az puldu ya göyərti puludur. Demək ki, onları toya çağıran yoxdu ona görə elə deyirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31