"Bir "can" sözünə görə 10 min ziyana düşdüm" - VİDEO
9 Aprel 2021 15:12 MədəniyyətŞairə Nazilə Səfərli ARB televiziyasında etirafı ilə diqqət çəkib.
Olaylar.az xəbər verir ki, şairə bu sözləri deyib:
"Çox gözəl bir ziyafətim, yaxşı müştərim var idi. Toyu danışdım, beh alacaqdım. Qardaş mənə zəng etdi, "ay can, qardaş" deyə cavab verdim. Dedi ki, mən sizi yığacam.
Üzərindən bir saat keçdi, mənə yazdı ki, biz sizinlə davam edəsi olmadıq, mənə "can" dediniz, bu isə həyat yoldaşımın xoşuna gəlmədi.
İnsanlara şirin dil də yaramır. Mən neynəyim?! Ondan sonra "can" deməyi özümə qadağan elədim. 10 min ziyana düşdüm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31