Toy, toy, toydu bu gün...

Daha bir müğənnimiz bəylik kürsüsünə oturdu

Milli.Az-ın toyda olan əməkdaşı xəbər verir ki, bu saatlarda davam edən toy məclisi təmtəraqdan uzaq, sırf yaxın qohumların iştirakı ilə baş tutmaqdadır. Səhnəyə "Azəri Star" mahnı müsabiqəsindən gələn Rinat, ötən ildən etibarən xalq artisti Səməd Səmədovun rəhbərlik etdiyi "Qismət" qrupunda fəaliyyət göstərir

Son vaxtlar sənətçilərimizin ən xoş günlərini qadağalı keçirdikləri bir zamanda bəy kürsüsündə əyləşən Rinat Aslanovun öz istəyi ilə toyunun işıqlandırmağımıza şərait yaratmasını təqdirəlayiq addım kimi qiymətləndirib, nigahın kəsildiyi məqamda çəkiliş aparmağa müvəffəq olduq. Şəxsi bayramında Milli.Az-a açıqlama verən səbəbkarlar sevgi tarixçələrinin uzun illərə söykəndikləri haqda ürəkdolusu danışdılar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olan Rinat və Nazilənin arasında yaş fərqi də çox deyil.Yeni tədris ilində Rinat aktyorluq ixtisası üzrə 4-cü, həyat yoldaşı 3-cü kursda təhsillərini davam etdirəcəklər. Onların sevgiləri universitet auditoriyalarında formalaşıb və bugün də toylarında bütünləşdi yaza bilərik.

Əməkdaşımız çəkiliş aparıdığı zaman populyar sənətçilər gözə dəyməsələrdə, yaxın dostlarının verdiyi məlumata görə, Səməd Səmədov başda olmaqla, irəliləyən saatlarda Rinatın xoş günündə tanınmış estrada ulduzları da təbrikə gələcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31