Xəstəxanaya yerləşdirilən Zöhrə Abdullayevadan xəbər var
20 Mart 2021 13:33 MədəniyyətƏməkdar artist Zöhrə Abdullayeva "Elgizlə izlə" proqramına telefonla bağlanıb.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, hazırda xəstəxanada olan müğənni müalicəsinin davam etdiyini deyib:
"Xəstəxanadayam, sistem edirlər. Hələ buradayam, görək nə olur".
Qeyd edək ki, Z.Abdullayeva uzun müddətdir revmatizmadan əziyyət çəkir. Xəstəliyi ağırlaşan müğənni yeriməkdə çətinlik çəkir. O, 30 kiloqram arıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31