Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, 20 yaşlı model Sofiya Həsən xərçəng xəstəliyindən vəfat edib.
Olaylar.az azxeber-ə istinadla xəbər verir ki, o, Türkiyənin İstanbul şəhərində müalicə alırdı. Sofiya model və aktrisa kimi də fəaliyyət göstərirdi. O, bir çox yerli və beynəlxalq yarışmaların iştirakçısı olub.