Tolik bu telekanalı hədəf aldı - SƏRT İTTİHAMLAR

"O gün Manaf Ağayevlə danışıram, deyir ki, "Pişik" Günelin məsələsini "ARB" telekanalında danışmışam, sənin də adını çəkmişəm. İndi də müğənnilər mənə yığıb deyir ki, səndən danışmışıq, amma kanal çıxarıb. İstər "ARB" telekanalı olsun, istər "SOY" Prodakşn, sizin vaxtınız artıq keçib. Siz mənim adımı çıxarmaqla guya, mənə nə olur?!".

Olaylar.az xəbər verir ki, bunu məşhur prodüser, aparıcı Tarix Əliyev ( Tolik) deyib. O, sosial şəbəkə hesabında kanalla bağlı sərt ittihamlar qeyd edib. Prodüserin sözlərinə görə, şou nümayəndələri  "ARB"nin efirində onun adını çəksə də, telekanal bu hissələri montajla silib:

"Zaur Kamalın hesabına reytinq qazanan kanalın bundan artıq nəyi olar ki? "ARB" kanalı ha istəyir nəsə etsin, alınmır. "SOY" Prodakşn neçə veriliş yayınlayıb, nə sponsor var, nə reytinq... Bunlar guya, mənim adımı çıxarmaqla nə edirlər?! Sizə ehtiyacı olan məşhur elə sizin gününüzə qalsın! Xatirə elə düz edib lazım olanda hamını yerinə oturdub".

Qeyd edək ki, T.Əliyev hazırda "Dalğa" TV-də "Günə bir şou" proqramının aparıcısıdır.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31