"Yasak elma"nın aktrisası cinsiyyət dəyişdirərək qadın olub? - VİDEO - FOTO

Türkiyənin Fox TV-nin kanalının reytinqli seriallarından olan "Yasak elma"nın aktrisası Şafak Pekdemirlə bağlı qalmaqallı iddia səsləndirilib.

İddialara görə, aktrisa cinsiyyətini dəyişdirərək qadın olub. Onun görünüşü və səsinin qalın çıxması iddiaları gücləndirib.

Ekran işində Zehra obrazını canlandıran Şafak Pakdemir iddiaların əsassız olduğunu söyləyib. O bildirib ki, səsi qalın çıxdığına görə həmişə belə ittihamlara məruz qalıb.

"Uşaqlıqdan səsim belədir, əvvəllər buna görə kefimi pozurdum, indi isə barışmışam və hazırda səsimi çox bəyənirəm", - aktrisa açıqlayıb.

Qeyd edək ki, Şafak Pekdemir "İncir Reçeli 2" filminin baş roluna çəkilib.

 

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31