Evində partlayış olan aktyordan XƏBƏR VAR
12 Mart 2021 10:32 MədəniyyətAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Olaylar.az xəbər verir ki, evində partlayış olan və yanıq xəsarəti alan ənətçinin səhhəti getdikcə yaxşılaşır. Bu haqda teatrın ədəbi dram hissə müdiri Həmidə Rüstəmova feysbukda yazıb.
Onun sözlərinə görə, C.Telmanın səhhətində sürətli irəliləyiş getdiyindən və ciddi təhlükə yaşanmadığından o, qalan müalicəsini evində, yataq şəraitində davam etdirəcək.
Qeyd edək ki, bir neçə həftə əvvəl mənzilində qaz partlayışı nəticəsində yanıq xəsarətləri alan aktyor 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilmişdi./Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31