“Sənət, səs qalıb kənarda, ağzı olan danışır..." - Günel qəzəbləndi

Müğənni Günel Zeynalova yenidən estetik əməliyyatları ilə gündəmə gəlib.

Olaylar.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkə hesabında izləyicilərinə şikayət edib. O bildirib ki, etdirdiyi əməliyyatları heç kimdən gizlətmir:

"Sənət, səs qalıb kənarda, millət edilən işləri görmür və ağzı olan danışır. Estetik etdirmişəmsə, kimə nə? Biz necə insanlar olduq? Axirət yaxınlaşdıqca insanların içinə şeytan girib. Çox yazıq. Hər şey olduq, amma insan ola bilmədik".

G.Zeynalova tənqidlərə açıq olduğunu vurğulayıb:

"Sadəcə məni estetik xəbərləri ilə məşğul etməyin. Mənim estetiklərimdən camaata nə? Etdiyim şeyləri qəbul etmirəm deyə bir şey də yoxdur. Onsuz da deyirəm,  amma inanmırlar".

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31