Xanımı ona şiddət göstərən azərbaycanlı müğənnini polisə verdi: "Danışsam, o insanın üzünə belə baxmaz kimsə"
9 Mart 2021 16:04 MədəniyyətMüğənni Elnar Xəlilov və şairə həyat yoldaşı Aysel Vaqifqızı ayrılıb.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçı "Hüseynova bacıları" proqramında danışıb. O bildirib ki, 1 ilə yaxındır ayrılıblar və övladının üzünü görmür:
"Sevəndə gözlərim kor olur. Xassiyyəti xasiyyətimə uyğun olmayan insanları sevirəm. Oğlumun anasını məhkəmələrdə süründürməyi özümə yaraşdırmıram. Birinci həyat yoldaşımla indi də əlaqəmiz var. Rusiyada yaşayır, ayrılma məqsədimiz onun Bakıda yaşamaq istəməməsidir. Uşağımı da tez-tez göstərir mənə. Amma burada nişanlandıqdan sonra əlaqəni kəsdik".
Elnar onu da vurğulayıb ki, bu, Aysellə ikinci boşanmalarıdır. Cütlük bir dəfə rəsmi boşanıb və sonra yenidən nikah bağlayıblar.
Ayselin müğənniyə cavabı gecikməyib. O bildirib ki, həyat yoldaşı ona dəfələrlə şiddət göstərib. Aysel vurğulayıb ki, şəxsi həyatını efirdə qabartdığı üçün ARB telekanalını məhkəməyə verib:
"Bir neçə gün əvvəl kanaldan xahiş etdim ki, mən və oğlum haqda danışılmasın. Amma hər iki tərəf ancaq reklam düşünür, şou yaratmaq istədilər. Şər-böhtana çox susdum. Düşündülər ki, belə də olmalıdır, qadındır axı... Onun adı qadındır, döyülsə də sussun, polisə getsə, hamı "ayıb olsun" deyəcək. Şiddət gördüyünü desə, qınayacaqlar. Qadının başına oyun açmaq olar. Kişi elə danışar ki, bütün günahı qadına yıxar. Qadın susacaq, heç bir həqiqəti açıqlamayacaq. Başına nələr gəldiyini deməyəcək. Camaatdan ar bilib susar, amma qarşı tərəf bunu fürsət bilər. Sizin kimi insanlara görə yüzlərlə insan canından bezib həyatına qəsd edər. Bu düşüncəyə qarşı çıxın. Nə qədər canımı qurtarmaq istəsəm də, qurtara bilmirəm. Artıq həm polisdən, həm məhkəmədən kömək istəyirəm. Bir qadını bu həddə çatdırmaq olmaz, susdum, amma bəsdir.
Qeyd edək ki, cütlük 2019-cu ildə ailə qurub. Onların bir oğul övladı var.