TİKA və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalandı
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycan Respublikası Mədənəyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasında Niyyət Protokolu imzalanıb.
1 Mart 2021 16:09 MədəniyyətTürk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycan Respublikası Mədənəyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasında Niyyət Protokolu imzalanıb.
TİKA-dan "Olaylar.az"a verilən xəbərə görə, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyində təşkil olunan və Türkiyə Respublikası Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy ilə Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimovun iştirak etdiyi tədbirdə Azərbaycan və Türkiyə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlığa dair Niyyət Protokolu TİKA prezidenti Serkan Kayalar və Dövlət Xidmətinin rəisi Azad Cəfərli tərəfindən imzalayıb.


Protokol ilə iki ölkə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq, qarşılıqlı təcrübə və bu çərçivədə mütəxəssis mübadilə proqramları, texniki və peşə təlimləri, staj proqramları vasitəsi ilə bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.

Əməkdaşlıq protokolu, TİKA tərəfindən başladılan Böyük Mərdəkan Qalası və Tuba Şah Məscidinin bərpası kimi mədəni irsin qorunması sahəsindəki layihələrin, işğaldan qurtarılan Qarabağ torpaqlarını da əhatə edərək daha geniş bir formada həyata keçirilməsinə şərait yaradacaq.
Gülər Seymurqızı