İbrahim Tatlısəs özündən 43 yaş kiçik xanımla sevgilidir?
23 Fevral 2021 10:38 MədəniyyətBir müddət əvvəl saç əkdirməsi ilə gündəmə gələn türkiyəli sənətçi Ibrahim Tatlısəs bu dəfə sevgilisi olduğu iddia edilən Gülçin Karakaya ilə diqqət mərkəzinə düşüb.
Olaylar.az xəbər verir ki, özündən 43 yaş kiçik Gülçinlə təyyarədən görüntüləri yayılan sənətçi müzakirə mövzusuna çevrilib.
Belə ki, 25 yaşlı xanım sosial şəbəkə hesabında Tatlısəslə fotosunu paylaşaraq "Biz yenə yollardayıq" - , deyə şərh yazıb.
Xatırladaq ki, Gülçinlə bağlı iddiaları təkzib edən 68 yaşlı müğənni onun köməkçisi olduğunu demişdi: "Sol qolum işləmir. Gülçin mənim sol qolumdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31