Faiq Ələkbərli: "Erməni vandallığını aşkara çıxarmaq çox çətin deyil"

Biz bilirik ki, Ermənistan havadarlarının dəstəyi ilə nəinki Azərbaycanın mədəniyyət abidələrini  məhv etmək, hətta özünküləşdirməyə çalışıblar. Bunun üçün müxtəlif yollara əl atıblar.

Bunu Bütöv Azərbaycan Ocaqları sədrinin türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə dokturu Faiq Ələkbərli "Olaylar.az"a açıqlamasında deyib.

"Bu proses təxminən Azərbaycanın quzey hissəsinin çar Rusiyasının işğalı altına düşməsindən sonra başlayıb. Çar rusiyası burda möhkəmlənmək üçün  ermənilərdən istifadə ediblər. Müxtəlif yollarla burdakı Azərbaycan abidələrini xristianlıq dini adı altında erməniləşdirməyə çalışıblar. Nəticədə, ermənilər də bu prosesin bir hissəsinə çevrilib".

Faiq Ələkbərlinin sözlərinə görə, bu prosesi daha dərin araşdırmaq lazımdır.

"Bu baxımdan biz bu məsələləri çox diqqətli öyrənməliyiik. Burada hər hansı  bir yanlışlıq bizim əleyhimizə  işləyə bilər.Biz bunları  doğru ifadə  etyməliyik. Biz ermənilərin bura köçü, yerləşdirilmə prosesini, Azərbaycan mədəniyyətinin necə  özünküləşdirdiklərini  dəqiq incələnməli, dəqiq araşdırmalar aparılmalıyıq".

Əslində  erməni vandallığını aşkara çıxarmaq çox çətin deyil. Sadəcə  sistemli çalışmaq və  araşdırmaq lazımdır. Əks halda Azərbaycana qarşı olan qərb tarixçilər  və  erməni  tarixçiləri  bunu əleyhimizə işlədəcəklər.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31