Ermənilərin Azərbaycan xalqının mədəni irsinə vurduğu ziyandan bəhs edən videoçarx hazırlanıb
19 Fevral 2021 10:44 MədəniyyətAzərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və "Azerbaijan Society Team"in təşkilatçılığı ilə "What Armenians did in Karabakh?" adlı videoçarx hazırlanıb.
Olaylar.az "AzərTac"a istinadən xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən "Azerbaijan Society Team"in təşkilatçılığı ilə Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması məqsədilə "What Armenians did in Karabakh?" adlı videoçarx ərsəyə gətirilib.
Videoçarxda ermənilərin Şuşa, Zəngilan, Qubadlı, Ağdam məscidlərində və ümumən Qarabağdakı mədəni irs nümunələrimizə vurduğu ziyan, törətdikləri ekoloji terror və tarixi saxtalaşdırmaq cəhdləri faktlarla işıqlandırılaraq dünya ictimaiyyətinə çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31