Kamil Zeynallı “qul bazarı“nda kostyum payladı - VİDEO
16 Fevral 2021 13:07 MədəniyyətPandemiya dövründə xeyriyyəçilik aksiyaları ilə tanınmış məhşurlar arasında ən çox diqqət mərkəzində olan idmançı, fitnes məşqçisi Kamil Zeynallı bu dəfə də ənənəsinə sadiq qalıb.
O, bu dəfə Dərnəgüldə yerləşən, xalq dilində "qul bazarı" adlandırılan işçi bazarına gedərək fəhlələri sevindirib.
İdmançı bununla bağlı sosial şəbəkədə paylaşdığı videogörüntüdə bildirib ki, fəhlələrə kostyum paylayıb:
"Bu gün maraqlı bir yardımımız oldu, çox məzəli, deyib-gülərək keçdi. 30 ədəd təzə, etiketi üstündə olan kostyum payladıq. Dərnəgüldə körpünün altında dayanan fəhlə qardaşlarımız geyinib-kecinib getdilər".
Həmin görüntüləri təqdim edirik:
(Yenisabah.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31