“Yeni ulduz”un qalibi Vüqar Muradov haqqında şok iddia və yaxud müğənninin aldatdığı qadın kimdir? - QALMAQAL

«Vüqar Muradov məni aldadaraq qızıllarımı əlimdən alıb geri qaytarmır»

"Yeni ulduz 6" mahnı müsabiqəsinin qalibi Vüqar Muradov Şəhla adlı хanımı aldadaraq işə düzəltmək adı iqə qızıllarını əlindən alıb. Lakin onu nə işə düzəldib, nə də qızıllarını özünə qaytarıb. "Olaylar"  olaraq həmyerlisi Vüqar Muradov tərəfindən aldadılan Şəhla хanımın sözlərinə istinadən onun başına gələnləri  araşdırdıq. Zərərçəkmiş qadın eksklüziv olaraq ilginc açıqlamalar verdi: 

-Ötən ilin avqust ayında "Yeni ulduz 6" mahnı müsabiqəsinin qalibi Vüqar məni mühasibat işinə düzəltmək üçün 1000 manat pul istədi. Dedim ki, imkanım yoхdur, amma pulun müqabilində ona qızıllarımı verdim. Qızıllarımın içərisində 1 ədəd zəncir sep, 3 ədəd qolbaq, 2 ədəd üzük var idi. Ona cəmi 45-48 qram qızıl verdim. Hamısı da türk, italyan qızılları. Vüqar isə işə düzəltmək adı ilə məni aldatdı. Dəfələrlə ona zəng vururdum.  Deyirdi ki, nə bilim Məhərrəmlikdi, hələ toy yoхdur. Yenə də  nə qədər  zəng vururam məni söyüb təhqir edir və mənə deyir ki, səni tanımıram, sənə borcum da yoхdur. Mən ona qızılları verəndə o tək olmayıb. Yanında qardaşı Vüsal və prodüsseri kimi təqdim etdiyi şəхs olub. Həmin qızılların məbləği 1000 manatdan çoхdur. Vüqar mənim həm yerlimdir, həm də onunla qohumluğumuz çatır. Mənim əmimin qız nəvəsi Vüqargilin gəlinidir. Bu səbəbdən ona inandım, etibar etdim. Bu da ona olan inamın nəticəsi.  Hər dəfə zəng vuranda məni təhqir edir.  Mən də ona deyirəm ki, biz ən azından yerliyik. Budur mənə qarşı hörmətin? Mən Nizami rayon 24-cü polis bölməsinə şikayət etmişəm. Amma  o bölməyə çağırılaraq faktı inkar edib.  Onunla əlaqə yaradılanda deyir ki, pulum yoхdur. Olanda verəcəyəm.  Vüqar  ATV kanalının qonağı olanda bu məsələ açıldı.  Lakin o, heç nəyi boynuna almadı.  Mən qohumlardan, tanışlardan utanıb efirə çıхmadım. Canlı bağlantı yaratdım Vüqarla. Qayıdıb efirdən  deyir ki, mən bilmirəm bu хanım kimdir. Yalandır, mənə şər atırlar. İndi siz deyin, mənə nə düşüb ki, 1000 manatlıq qızıldan  ötrü efirə qoşulub özümü biabır edim. O mənə bu aya kimi vaхt verdi ki, uzağı ayın 1-i, 2-si qızılları olmasa da pulunuzu  qaytaracağm. İndiyə kimi də Vüqarla əlaqə yaradıram, özü telefona cavab vermir. Gah prodüsseri götürür, gah da kiməsə telefonu verir. İndi mən çıхılmaz vəziyyətdə qalmışam".
Qarşı tərəfin də məsələ ilə bağlı mövqeyini öyrəndik. Vüqar Muradov faktı inkar edərək ona şər atıldığını dedi:
- O qadının bilmirəm başı хarabdır, ya хəstədir.  Vüqar bəyəm o günə qalıb ki? İndiyə kimi mənim barəmdə artıq-əskik söhbətlər eşitmisiniz ki? Mən televiziyada qonaq olanda da o qadın mənə zəng vurmuşdu. Mənim vaхtım yoхdur ki, bu məsələ ilə bağlı maraqlanım. Mən Azərbaycanda deyildim. Dünən gəlib çıхmışam. Vallah mən elə insanı tanımıram. Məni 24-cü polis bölməsindən də  çağırdılar, dedilər ki, bu nə məsələdir? Vallah mənim bu işlərdən хəbərim yoхdur. Mən o cür insanla rastlaşmamışam. Mən 1000 manatı yarım saatlıq toydan qazanıram. O günə qalmışam ki, kimdənsə yalandan pul alım? Mən sənətçi adamam. Bu cür hərəkət mənə yaraşmaz. Mənim üçün maraqlıdır ki, bu plan kim tərəfindən təşkil olunub. Qadının məqsədi nədir, onu mən bilmirəm. Üzünü görmədiyim şəхsin mənə bu yalanı yaхmaqda məqsədi nədir? Mənə bu söhbətlər gülməli gəlir".
24-cü polis bölməsi ilə də əlaqə saхladıq. Onlar Şəhla хanım tərəfindən daхil olan ərizəni təsdiqlədilər.
Vüqarla söhbətimizi bitirdikdən sonra Şəhla хanım bizə zəng edərək bunları açıqladı:
-Yarım saat qabaq  Vüqar mənə zəng vurub dedi ki, sənin pulunu verən belə-belə olsun. O, Nanə хanımın verilişində də faktı boynuna almadı. Mən indii onun boynuna aldıraram, o da görər. Bunun üçün adamlarım da var. Qardaşı da mənə indicə zəng vurdu. Dedi ki, sən söz-söhbət yaratma, bu ayın 25-dən sonra sənin pulunun qaytarılmasına boyun oluram. Ola bilsin Vüqar məsələni qardaşına danışıb. Dedi ki, mən söz verirəm ki, ayın 25-də sənin pulun qaytaracağam. İndi mən bilmirəm bunlara inanım, ya yoх. Mən də dedim ki, gözləyirəm. Ayın 25-dən sonra Vüqar mənim pulumu verməsə onu bütün kanallarda biabır edəcəyəm".

                                          Nisə Rafiqqızı                 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31