Rəmişin səhhəti ilə bağlı son durum AÇIQLANDI
3 Fevral 2021 11:54 MədəniyyətXalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.
Olaylar.az xəbər verir ki, bunu açıqlamasında onun həyat yoldaşı Güllü Hüseynova deyib.
O qeyd edib ki, xalq artistinin səhhəti normaldır: "Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər".
G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Xatırladaq ki, səhhətində problemlər yaranan xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.
(report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31