Məşhur filmin prodüseri vəfat edib

Məşhur italiyalı kinoprodüser Alberto Qrimaldi 96 yaşında dünyasını dəyişib.

O, 1997-ci ildə köçdüyü ABŞ-ın Florida ştatının Mayami şəhərində vəfat edib.

Qeyd edək ki, A.Qrimaldi, ilk növbədə, "Parisdə sonuncu tanqo", "Yaxşı, pis, zalım" və "Nyu-Yorkun bandaları" filmləri üzərindəki işi ilə məşhurlaşıb. Prodüserin əməkdaşlıq etdiyi rejissorlar arasında Bernardo Bertoluççi, Federiko Fellini, Sercio Leone, Martin Skorseze olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31