Flora Kərimova yenidən nənə olacaq
22 Yanvar 2021 15:48 MədəniyyətXalq artisti Flora Kərimova nənə olacaq.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Xəbər-ətər" proqramında deyib. O bildirib ki, qızı Zümrüd ana olmağa hazırlaşır:
"Qızım gözləyir, ayları, saatları gözləyir. Düşünürəm ki, necə olacaq? Qəşəngdir, yoxsa yox. Xasiyyəti mənə oxşasa batdıq".
F.Kərimova nəvəsinə öz adını qoyacağını söyləyib.
Qeyd edək ki, Zümrüd ikinci dəfə ailə qurub. O, Londonda yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31