Milli Kitabxana “20 Yanvar – Qan Yaddaşımız” adlı virtual sərgi hazırlayıb
19 Yanvar 2021 14:07 MədəniyyətM.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası "20 Yanvar - Qan Yaddaşımız" adlı virtual sərgi hazırlayıb.
Olaylar.az xəbər verir ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Qanlı Yanvar haqqında fikirləri, 20 Yanvar faciəsi haqqında kitablar, dövri-mətbuat səhifələrində dərc olunan materiallar və fotolar əks olunub.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "Bizim xalqımız 20 Yanvar gününü heç vaxt unutmayacaq. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bu, bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən təcavüzdür. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanıdır, onlar millətimizin qəhrəmanlarıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31