TRT-nin “Avropa Avropa” serialının bir bölümü Bakıda çəkiləcək

Türkiyənin TRT-1 kanalında yayımlanan "Avropa Avropa" serialının bir bölümü Bakıda çəkiləcək. Bu barədə APA-ya TRT-nin Bakı ofisindən məlumat verilib.
TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan bildirib ki, aprelin 29-da filmin çəkiliş heyəti Bakıya gələcək. Film vasitəsilə TRT izləyiciləri Azərbaycan mədəniyyəti və dəyərləri ilə yaxından tanış olacaqlar. Bakıda çəkilişlər iki gün davam edəcək. Azərbaycana gələcək heyətdə filmdə yer alan aktyorlar Tarık Ünlüoğlu, Durul Bazen, Selen Seyven, Şahsuvar Aktas, Kadir Çöpdəmir, Burak Serdar Şenal təmsil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31