Eldar Qasımov Malta təmsilçisi ilə klip çəkdirəcək
Müğənnilər eyni klipdə bir araya gələcək
23 Aprel 2012 15:28 MədəniyyətMaltanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Kurt Kalleya (Kurt Calleja) müsabiqədən sonrakı planlarını açıqlayıb. Eurovision.az saytı xəbər verir ki, Kurt Kalleya yayda dinləyicilərə "This is The Night" mahnısının müəllifləri ilə birlikdə yeni mahnı təqdim edəcək. Maltalı musiqiçinin planları arasında diqqətçəkən layihələrdən biri də Eurovision Mahnı Müsabiqəsi 2011-in qaliblərindən biri, eləcə də builki yarışmanın aparıcılarından olan Eldar Qasımovla birgə yeni videoklipin çəkilişləridir. Eldar Qasımov ideyanın may ayındakı şoudan sonra həyata keçiriləcəyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31