Lopes, Rihanna və Şakira “Bakı Kristal Zalı”nda
13 İyun 2012 18:06 MədəniyyətSentyabrın 23-də məşhur müğənni Cennifer Lopes "Bakı Kristal Zalı"nda konsert verəcək.
Lent.az-ın məlumatına görə, konsertin təşkilatçısı "Universal Music Group"un Azərbaycan təmsilçisi "OMNİKO Music Group"dur. Müğənni Bakıda eksklüziv şou təqdim edəcək və paytaxtımıza Los-Ancelesdən 60 nəfərlik heyətlə gələcək.
Bundan başqa, oktyabrın 6-da daha bir dünya ulduzu Rihannanın "Kristal Zal"da konserti təşkil ediləcək. O, paytaxtımıza 80 nəfərlik heyətlə gələcək. Oktyabrın 14-də isə Şakiranın "Kristal Zal"da konsertinin təşkil ediləcəyi gözlənilir.
Bütün konsertlər ən yüksək səviyyədə və peşəkar heyətlər tərəfindən təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31