Yazıçılar Birliyindən təkzib

Anar məhkəməyə müraciət etməyib

Bəzi yerli mətbu orqanlarda yazıçı Anarla bağlı dərc edilən informasiya Azərbaycan Yazıçılar Birliyi tərəfindən təkzib edilib. Azərbaycan Yazıçılar Birliyindən "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, "Yazıçı Anar qarovulçunu məhkəməyə verib" başlıqlı yazı AYB sədrinə qarşı çirkin və yalan dolu kampaniyanın bir hissəsidir. Məlumatda o da qeyd olunub ki, Anar heç bir qarovulçunu, ümumiyyətlə heç vaxt heç kimi məhkəməyə verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31