"Öyle bir geçer zaman ki": - Berrinlə Əkrəm Tatlı arasında yaranan gərginlik fəlakətə səbəb olur VIDEO
13 İyun 2012 13:49 MədəniyyətXəstəxanaya çatdırılan Hakanın vəziyyəti ciddidir. O, reanimasiyaya yerləşdirilir. Həyatını Hakana borclu olan Berrin xəstəxanada Əkrəm Tatlı ilə qarşılaşanda əsəblərini cilovlaya bilmir. O, hamının gözü qarşısında Əkrəmi oğlunu vurmaqda günahlandırır. Anasının Əli tərəfindən qaçırıldığını öyrənən Kənan nəzarətdən çıxır. Əli holdinqdəki cinayətləri sübut edən sənədlər müqabilində anasını təhvil verəcəyini bildirir. Anasını xilas etmək üçün gizli sənədləri Əliyə verəcəyini düşünən Karolin Kənanı dayandırmaq üçün Əkrəm Tatlıya xəbər verir. Aylinin doğuşu üçün geriyə sayım başlayır. Həkimlər Aylinin sağlamlığı üçün qeysər kəsiyi yolu ilə doğuşa qərar verirlər. Amma doğuş yaxınlaşdıqca hamı təlaşlanmağa başlayır. Mete uzun müddət sonra qovuşduğu Nihalı axşam yeməyinə dəvət edir. O, Nihala gözlmədəyi bir təklif edir. Xəstəxanada Berrinlə Əkrəm Tatlı arasında yaranan gərginlik fəlakətə səbəb olur.