Öz qardaşını maşınla vurub ömürlük əlil arabasına möhtac etdi
13 İyun 2012 13:32 MədəniyyətTanınmış rejissor Samir Qulamov "Küləklər şəhəri" filmindən sonra yeni "Sonun başlanğıcı" adlı çoхseriyalı filmin çəkilişlərinə start verib. 62 seriyalı filmin artıq 10 seriyası çəkilib. Hazırda montaj işləri gedir. Xəzər TV-nin sifarişi ilə reallaşan film bir ailənin faciəsindən bəhs edir. İmkanlı bir ailədə böyüyən iki oğlan övladının fərqli yaşam tərzi, fərqli dünya görüşü və fərqli vətəndaş mövqeyi tamaşaçılarda həm sevgi, həm də nifrət hissləri oyadacaq. Öz qardaşını maşınla vurub ömürlük əlil arabasına möhtac edən, qardaşının çəkdiyi əziyyətlərdən sanki zövq alan, ona atmacalı sözləri ilə mənəvi zərbə vuran Mənsurun iyrənclikləri ziddiyyətlərlə dolu rejissor duyumunda tamaşaçıya təqdim olunacaq. Tanınmış teleaparacı Gülnarə Məmmədova, aktyorlardan Orхan Hüseynov, Şahin Cəfərov və tanınmış prodüser Səbinə Rəcəbli filmdə maraqlı rollar yaradıblar. Filmin musiqisi Əli Əliyevindir, mahnıları bəstəkar özü ifa edir ("OLAYLAR").