Gözəlliyi dadına çatmadı və...

2003-cü ilin Türkiyə gözəli Zeynəb Yılmaz özünü günahsız sayır.

Anspress xəbər verir ki, Türkiyənin İstanbul polisi narkotiklə mübarizə şöbəsinin əməkdaşları ötən gün şəhərin Beşiktaş, Şişli, Sarıyer rayonlarında narkotik satıcılarına qarşı əməliyyat keçiriblər.Aparılan əməliyyat çərçivəsində narkotik maddə satmaqda şübhəli bilinən 11 nəfər saxlanılıb. "Milliyet" qəzetinin məlumatına görə, saxlanılanlar arasında 2003-cü ilin Türkiyə gözəli Zeynəb Yılmaz da olub. Polis idarəsinə girərkən əli ilə qələbə (V - victory) işarəsi göstərən Z.Yılmaz günahsız olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31