İkinci dəfə ana olmağa hazırlaşan- Günayın Özəl Günü
Tanınmış aparıcı cütlük Zaur və Günay Baxşəliyevlərin ailəsində bu gün özəl gündür.
7 Sentyabr 2020 11:05 MədəniyyətTanınmış aparıcı cütlük Zaur və Günay Baxşəliyevlərin ailəsində bu gün özəl gündür.
Olaylar.az xəbər verir ki, bu gün Günayın doğum günüdür. Bu barədə Zaur sosial media hesabında Günaya təbrik postu paylaşıb. O, Günayla görüntüləndiyi fotonu paylaşaraq:
"Günayım, mən sənin haqqında çox şeylər yaza bilərəm, söyləyə bilərəm, onlar bizə aiddir . Sadəcə bir bunu deyə bilərəm ki, nə yaxşı ki , varsan . Mən bir insan kimi, bir dost kimi bu sözləri yazıram, bir ər kimi yox. Biz hər ikimiz həm də bir-birimizin tamaşaçısı , tənqidçisi, ən əsası müdafiəçisiyik. Bütün , çatışanın , çatışmayanınla (hərçənd onlar çox azdır ,ən azı məndən on dəfə) nə yaxşı ki, varsan və mənim həyatımdasan! Doğum günün mübarək! Sənə həmişə sağlam olmağı arzulayıram. Həmişə Allahın pənahında və yanımda ol! Doğum günün mübarək!" sözlərini yazıb.