Ədalət Şükürov operativ qərargaha səsləndi- VİDEO
Azərbaycanın və Dağıstanın Əməkdar artisti Ədalət Şükürov operativ qərargahın bu gün qəbul etdiyi qərarı pisləyib.
29 Avqust 2020 14:34 MədəniyyətAzərbaycanın və Dağıstanın Əməkdar artisti Ədalət Şükürov operativ qərargahın bu gün qəbul etdiyi qərarı pisləyib.
Bununla bağlı "Instagram" hesabında paylaşım edən müğənni muzeylərin və sərgi zallarının açılmasına güldüyünü bildirib:
"Saytlardan oxudum ki, ölkə ərazisində muzeylər və sərgi zalları açılıb. Yadınıza salım ki, ölkəyə turist gəlmir. Məktəblər bağlıdır, şagirdlər də muzeyə gedə bilmir.
İnsanların elə əhval-ruhiyyəsi yoxdur ki, muzeylərə getsin. Mənə çox maraqlıdır, bu təklifi kim irəli sürüb? Yəni başqa problemimiz yox idi? Bir problem sərgi, muzey idi, onu da açdınız?!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31