““Baku Crystal Hall” Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil” - Əbülfəs Qarayev

""Eurovision-2012"nin keçirildiyi "Baku Crystal Hall" Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil. Bu məkanın dövlət müəssisi kimi fəaliyyət göstərməsi düzgün deyil. Çünki arena özəl sektora məxsusdur". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əblüfəs Qarayev deyib. Nazir bildirib ki, həmin arenada digər beynəlxalq əhəmiyyətli dövlət tədbirləri də keçirmək mümkündür: "Çalışmaq lazımdır ki, ora gəlir çox gəlsin. Zal dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilməz, çünki dövlətin onu maliyyələşdirməyə gücü çatmaz. Ona görə də özəl sektor kimi fəaliyyəti daha məqsədəuyğundur".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31