Türkiyədə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Türkiyədə Azərbaycan Mədəniyyət Günlərinə start veriləcək. İyunun 17-dən 21-dək keçiriləcək Mədəniyyət Günləri Ankara və İzmirdə təşkil olunacaq. Qeyd edək ki, Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, teatr kollektivlərindən ibarət xüsusi nümayəndə heyəti Türkiyəyə səfər edəcək. Tədbirin açılışı iyunun 18-də olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31