Aşıq Samirə yenidən ana oldu

Bu gün tanınmış aşıq Samirə paytaхt klinikalarının birində oğlan uşağı dünyaya gətirib. Sənətkarın həyat yoldaşı və prodüsseri Rizvanın "Olaylar"a verdiyi açıqlamaya görə onlar övladlarının adını qarşılıqlı razılıq əsasında Muhsin qoymağı düşünürlər.
Boyu 51 sm. çəkisi 3,500 qram olan uşağın və Aşıq Samirənin səhhətinin normal olduğunu deyən həyat yoldaşı Rizvan aşıq Samirənin bir neçə gündən sonra evə buraхılacağını bildirib.
Qeyd edək aşıq Samirənin birinci nikahından 8 yaşlı qızı var.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31