Xatirə İslam Aygün Kazımovanı toyuna çağırmadı - niyə?
12 İyun 2012 15:56 Mədəniyyətİyunun 11-də "Kral" şadlıq sarayında təntənəli şəkildə toyu olan müğənni Xatirə İslamın xeyir işində demək olar ki, yerli şou-biznesin bütün nümayəndələri iştirak edib. Qonaqlar arasında həmçinin aktyorlar, teleaparıcılar, muğam ifaçıları da olub. Amma nədənsə xalq artisti Aygün Kazımovaya toyda rast gələn olmayıb. Bəlkə bu günlərdə teleaparıcı Kamilə Babayevanın toyunda Röya ilə arasında yaşanan əlbəyaxa davadan sonra A.Kazımova onunla yenidən üz-üzə gəlməkdən çəkinib? A.Kazımovanın prodüseri Tolik açıqlamasında xalq artistinin hazırda Türkiyədə olduğunu deyib. "Aygün xanım ayın 11-i səhər Türkiyəyə uçdu. Çünki orada yeni mahnılar yazdırmalıdır. Həm də möhtəşəm ödül müsabiqəsinə qonaq qismində dəvət alıb. Xatirə İslamın toyuna gəlincə, məncə, Xatirə Aygün Kazımovanı toyuna dəvət etməyib. Belə olsaydı, mənim xəbərim olardı. Amma Xatirə mənə zəng edib, öz toyuna dəvət etdi". Röyanın prodüseri Kənan Bayramov Röya Ayхanın Xatirənin toyunda iştirak etdiyini bildirib. Əlavə edib ki, müğənni həmkarının toyunda oxuyub da.