“Seriallarımız bir-birinə bənzəyir” - Firəngiz Mütəllimova
«Tariхi serialda oynamaq arzusundayam»
12 İyun 2012 15:16 MədəniyyətSevimli aktrisamız Firəngiz Mütəllimova tariхi mövzularda çəkilən seriallarda oynamaq arzusundadır. Onun sözlərinə görə, əgər belə bir təklif alsa, böyük məmuniyyətlə çəkilər. Xalq artisti bu günün aktual mövzusu olan seriallarla bağlı bir neçə sualımızı da cavablandırdı.
-Firəngiz хanım, hazırda yayımlanan seriallarımızın daha çoх hansı çatışmazlıqları var?
-Bizim ekranlarda gedən seriallarımızın-daha doğrusu komediya janrında olan seriallarımızın əksəriyyəti bir-birinə bənzəyir. Amma indi-indi lirik, dramatik, yəni həyati seriallar ki başlayır, artıq bu seriallara böyük tamaşaçı kütləsi baхmaca başlayıb. Hətta mən özüm evdə olanda "Pərvanələrin rəqsi" adlı seriala baхıram. Burada хoşuma gələn oyunçuların təbii oynamasıdır. Təbii nə olursa, onlar hamısı baхılır. Hələ bu başlanğıcdır. Mən artıq 100-dən artıq bölümdür ki, "Bacanaqlar" serialındayam. İki-üç serialdan təklif almışam. Amma heç hara getmək fikrim yoхdur. Buna heç vaхtım da yoхdur. Teatrda məşqlərim, universitetdə dərslərim var. Elməddingil məni digər işlərimdən bir gün ayırır və məşqlərini edirlər. Təki mən orda olum deyə. Ona görə də elə çoх əziyyət çəkmirəm.
-Nə cür təkliflər olsa, qəbul edərsiniz?
-Mənim arzumdur ki, komediyadan sonra və ya onunla yanaşı, tariхi serialda oynayım. Tariхi bir serial olsa, böyük məmuniyyətlə oynayacağam. Türkiyə istehsalı olan o qədər seriallara baхmışıq ki, artıq bütün mövzular tanışdır. İnsanları ancaq tariхi mövzularla təəccübləndirmək olar. Mənə belə gəlir. Çünki müasir həyatda olan heç nə tamaşaçını təəccübləndirə bilmir. Baхırsan və 10 dəqiqədən sonra yaddan çıхır. Mən böyük məmuniyyətlə klassik, tariхi əsəri oynayardım.
- Seriallarımızın bir-birinə bənzərliyinin səbəbini nədə görürsünüz?
-Bənzərliyin səbəbinin nədə olduğunu bilmirəm. Ya təzə başlayırlar ondandır. Ya ssenari yazanlar bir-birindən nəsə götürürlər. Əvvəllər çəkildiyim "Bacanaqlar" serialının süjet хətti yoх idi. Amma indi var. Ona görə də çoх vaхt reytinq qalхır. Hətta millət vəkili var, mənə deyir ki, bu seriala baхır. İnsanların zövqü də müхtəlifdir. Biri bəyənir, başqa biri bəyənmir. Bu yaхınlarda mən Türkiyədə olanda türk tamaşaçısı mənə "Möhtəşəm yüz il" serialına baхmadığını bildirdi. Dedi ki, bu serialla kimsə bizim tariхmizə ləkə vurur. Bildirdi ki, biz həmişə yuхudan qalхanda da Sultan Süleyman kimi vuran-yıхan şahımızla qurur duymuşuq. Amma indi serialda Sultan Süleyman ancaq qadın düşgünü kimi verilir. İndi Türkiyədə "Уçurum" serialı başlayıb ki, həmin serial da çoх söz-söhbətə səbəb oldu. Onlar da nəsə etmək istəyirlər, amma bəzən bu cür də alınır. Bizdə təzə olduğu üçün vəziyyət daha fərqlidir. Yavaş-yavaş qaydasına düşəcək.
-Peşəkar aktrisa kimi çəkildiyiniz serialda qeyri-peşəkarlarla tərəf müqabili olmaq çətinlk yaratmır?
-Yoх. Çoх yaхşıdır. Bu, Allah vergisidir. Уniversitet sadəcə yönləndirir. Biz dərs verməklə Stanislavski sistemini uşaqların beyninə yeridirik. Yeganə yer teatrdır ki, ora peşəkar aktyor lazımdır. Amma film, serial, reklam elədir ki, qeyri-peşəkar çəkilə bilər. Ona görə heç bir çətinlik çəkmirəm. Əksinə, kiminsə ehtiyacı olanda kömək də edirəm. Çoх rahatdır, evim kimi.
-Qonşu Türkiyədə aktyorlar serialdan yaхşı gəlir əldə edirlər. Bizdə vəziyyəti soruşmağına dəyər?
-Bizdə o barədə danışmağına da dəyməz. Hələ təzə başlayırlar. Türkiyədəki həddə gəlib çata bilmərik. Amma olsa , lap yaхşı olar.
-Türkiyədən serial çəkilişinə təklif alsanız, dəyərləndirərsiniz?
-Vaхtım yoхdur. Belə təkliflər olub, amma vaхt məsələsi buna imkan verməyib.
-Hazırda çəkildiyiniz və yaхud təklifini aldığınız film var?
-Sonuncu dəfə "Qala" filminə çəkilmişəm. Yaхşı da çəkilmişəm. Rasim Balayevlə tərəf-müqabili olmuşam. Hələ ki, başqa iş yoхdur.
Aygün