Otellərin monitorinqi nə vaхt başlanacaq?
12 İyun 2012 14:34 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin sabah keçirəcəyi tədbirlə turizm mövsümü açıq elan olunacaq. Azərbaycan Turizm Assosiyasiyasının sədr müşaviri Müzəffər Ağakərimov "OLAYLAR"a bildirib ki, tədbirdə, həmçinin, otellərdə monitorinqlərin aparılması məsələsi də gündəmdə olacaq. Otellərdə monitorinq aparacaq qurumlar müəyyənləşdiriləcək: "Siyahı tərtib olunacaq və otellərin monitorinqini həyata keçirmək üçün müvafiq qurumlar müəyyənləşdiriləcək. Bölgələrə gedəcək qruplar aydınlaşacaq. Yalnız bundan sonra otellərin monitorinqlərinə start veriləcək". Ekspert bildirdi ki, monitorinqlərdə otellərin müəyyənləşdirdiyi ulduza uyğun хidmət göstərib-göstərmədiyi, yerləşdiyi ərazi, otel əməkdaşlarının fəaliyyəti və sair məsələlər diqqət mərkəzində olacaq.