Zəlimxan Yaqubdan xəbər var

“Gah yaxşıyam, gah pis”

Xalq şairi Zəlimxan Yaqub müalicəsini davam etdirir. Bu barədə "Olaylar"a şairin özü məlumat verib: "Elə indi də həkimin yanındayam, müayinə olunuram. Deyə bilmərəm ki, səhhətim yaхşıdır. Gah yaхşıyam, gah pis. Müalicəmə davam edirəm. Səhhətimin belə olmasına baxmayaraq, arabir işə də gedirəm, yazı da yazıram. İnanıram ki. hər şey yaхşı olacaq. Dostlarım da daim məni ziyarət edir, zəng vurur və səhhətimlə maraqlanırlar".
Qeyd edək ki, хalq şairi Zəlimxan Yaqub bir müddət öncə ağır cərrahiyə əməliyyatına məruz qalıb. Onun hər iki böyrəyi çıxarılıb. Səhhətinin pisləşməsi ilə bağlı 3 ay Almaniyada müalicə alan şairə gələcəkdə yeni böyrək transplantasiya ediləcək.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31