“Anonim Osmanlı təzkirəsi” adlı kitab işıq üzü görüb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun "Anonim Osmanlı təzkirəsi" kitabı nəşr olunub. AMEA mətbuat xidmətinin məlumatına görə,  "Elm və təhsil" nəşriyyatında çapdan çıxan kitab XVI-XVII əsrlər görkəmli Azərbaycan şairi, ədəbiyyatşünası və rəssamı Sadiq bəy Əfşarın əsərlərinin Təbriz əlyazma külliyyatında olan, lakin müəllifi hələ də qaranlıq qalan və şərti olaraq "Anonim Osmanlı təzkirəsi" adlandırdığımız qiymətli mənbənin tam mətnidir. Əsər Osmanlı ədəbiyyatı tarixi ilə məşğul olan alimlər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31