Xatirə İslamın toyundakı pərtlik...
Gəlinliyi Xatirə İslamın başına oyun açdı
12 İyun 2012 11:47 MədəniyyətMilli.Az Day.Az saytına istinadən xəbər verir ki, toyda oğlan evi tərəfdən gələn qonaqların sayı az olmasa da, Azərbaycanın şou-biznes və mədəniyyət nümayəndələri də çox idi. Arif Babayev, Canəli Əkbərov, Flora Kərimova, Brilliant Dadaşova, Məleykə Əsədova, Nazpəri Dostəliyeva, Baloğlan Əşrəfov, Manaf Ağayev, Natavan Həbibi, Abbas Bağırov və digər tanınmışlar toy məclisinə dəvət olunanlar sırasında idilər. Bundan başqa, meyxanaçılar Vüqar və Ağamirzə, aktyorlar Rəfael və Coşqun da toyda idilər.KİV nümayəndələrinin tədbirə girişi qadağan idi. Yalnız xüsusi dəvətnaməsi olanlar toy məclisinə keçə bilirdilər.Tanınmışlar hərəsi bir xüsusiyyətinə görə yadda qaldı. Abbas Bağırov qəribə saç düzümü ilə, Nazpəri xanım alovlu rəqsləri ilə, Arif Babyev gözəl ifası ilə, Güney Ələkbərova ilə Sevda Yahyayeva isə mini-yubkaları ilə yadda qaldılar. Toyun aparıcısı Nərgiz Cəlilova idi.Rəqslərdən birində gəlin az qala pərt olacaqdı. Belə ki, onun enli bel kəməri gözlənilmədən açılmışdı. Lakin Xatirənin rəfiqələri bu çatışmazlığı elə rəqs meydançasındaca aradan qaldırdılar. Bu məqamda Xatirə çox da panikaya düşmədi.Toyda qonaqlara xidmət edən heyətə və masanın üzərinə düzülmüş təamlara da söz ola bilməzdi. Masalar olduqca zövqlü və peşəkar şəkildə bəzədilmişdi. Balıq kürüsü və balıq kababı olmasa da, cürbəcür təamlar kürü və balıq kababının yoxluğunu hiss etdirmirdi. İçki çeşidləri də qonaqları heyrətləndirdi.Qonaqlar heç bir xahişlərinə "yox" cavabı eşitmədilər.
-------------------