Akademik Arif Məlikovun ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub
Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun Bakıda ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub.
6 İyun 2020 12:05 MədəniyyətAzərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun Bakıda ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub.
Olaylar.az bildirir ki, bu barədə abidənin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov məlumat verib.
Arif Məlikovun birinci abidəsinin Fəxri xiyabanda ucaldıldığını deyən Ö.Eldarov bildirib ki, ikinci abidənin Milli Konservatoriyanın bağında qoyulması nəzərdə tutulur. O, yaxın zamanda abidənin layihəsinin hazırlanması üzərində işlərə başlayacağını və onun hündürlüyünün postamentlə birlikdə altı metrə yaxın olacağını diqqətə çatdırıb.
Ö.Eldarov mərmərdən hazırlanması nəzərdə tutulan yeni abidənin A.Məlikovun digər abidəsindən fərqli, orijinal olacağını da qeyd edib. Həmçinin abidənin bir il müddətinə hazırlanıb təhvil verilməsinin planlaşdırıldığını söyləyib.